525.Az

ATƏT-in təmas xəttində keçirilən monitorinqi insidentsiz ötüşüb


 

ATƏT-in təmas xəttində keçirilən monitorinqi insidentsiz ötüşüb<b style="color:red"></b> ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçiriblər.
 





02.04.2014    çap et  çap et