525.Az

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncədə xeyirxah tədbirlər


 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncədə xeyirxah tədbirlər<b style="color:red"></b>

1 iyun Uşaqların Beynəlxalaq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin Həmkarlar İttifaqının dəstəyi ilə Gəncə Regional Mərkəzində Vətən müharibəsi zamanı Gəncə şəhərindən olan şəhid övladları üçün "açıq qapı" günü keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Uşaqların təhlükəsiz həyatına daim xüsusi diqqət verən Fövqəladə Hallar Nazirliyi bu tədbiri çox maraqlı maarifləndirici tərzdə təşkil edib. "Açıq qapı" günündə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları nümayiş  olunub. Xilasedicilərlə söhbət uşaqlarda böyük maraq yaradıb.

Sonra usaqlar nazirliyin psixoloqları tərəfindən təşkil olunmuş intellektual oyun və qrup yarışlarına qatılıblar. Uşaqlar asfalt üzərində rəsm müsabiqəsində də bacarıqlarını nümayiş etdiriblər. Tədbirin sonunda uşaqlara hədiyyələr də təqdim olunub.

 





02.06.2021    çap et  çap et