525.Az

Slovakiya Prezidenti İlham Əliyevi təbrik edib


 

Slovakiya Prezidenti İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

525.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Azərbaycan xalqına sülh, firavanlıq və demokratik cəmiyyətin daha da möhkəmləndirilməsi işində uğur arzulayıram. İnanıram ki, Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin vətəndaşlarının rifahı naminə inkişaf edəcəkdir".

 





02.06.2021    çap et  çap et