525.Az

Bruney Sultanı İlham Əliyevi təbrik edib


 

Bruney Sultanı İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

525.az-ın məlumatına görə, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Fürsətdən istifadə edərək milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, ölkələrimiz arasında səmimi dostluğa çox yüksək dəyər verir, əməkdaşlıq əlaqələrimizin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə daha da inkişaf etdiriləcəyinə ümid edirəm.

Sizə ən dərin ehtiramımı və xoş arzularımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq diləyir, həm də Ramazan bayramınızı təbrik edirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

 





02.06.2021    çap et  çap et