525.Az

"Azərbaycanda hər 100 uşaqdan 3-ü autizmli doğulur"


 

"Azərbaycanda hər 100 uşaqdan 3-ü autizmli doğulur"<b style="color:red"></b>

PSİXOLOQ GÜLNAR ORUCOVA: "ÖLKƏMİZDƏ HƏLƏ AUTİZMƏ DÜZGÜN DİAQNOZ VERİLMİR 

"Autizm nədir?" sualına çox güman ki, əksəriyyətin cavabı "bilmirəm" olar. Bəlkə uşaqlarına autizm diaqnozu qoyulan ailələr üçün bu söz həyatlarının ən böyük faciələrinin adıdır. Autizm sinir sisteminin pozulması xəstəliyidir. Autizm sindromu xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası, cəmiyyətə inteqrasiya olunması, özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi bu məqsədlə onların valideynlərinin maarifləndirilməsi pedaqoq psixoloqların hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən "Autizm" termini elmi ədəbiyyata gətirilib. Bu termin yunan sözü olan "autos"dan (özüm) əmələ gəlib. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943- ildə erkən uşaq autizminin təsvirini verib. Asperger sindromu Rett sindromu adı ilə təsnif olunan autizm formaları da mövcuddur. Bu, uşaq vaxtlarında özünü müxtəlif formalarda büruzə verir. Məsələn, əgər uşaq narahatdırsa, buna ya hədsiz reaksiya verər ya da reaksiya verməyə bilər. Ətrafda baş verən hadisələrə biganə qalmaq belə xəstələrdə müşahidə olunur. Əgər uşaq kifayət qədər ünsiyyət qurmursa, demək olar ki, heç nəyə marağı yoxdursa, artıq bu uşaqda autizmin müəyyən sindromlarının olması deməkdir. Azərbaycanda on uşaqdan biri xəstədir. Alimlərin dediyinə görə autizm fərqli bir şəxsiyyət formalaşdırır. Həmin insan öz hisslərinə, yaşadıqlarına qapanıb həyat tərzi sürür. Autizm irsi xəstəlikdir genlərin mütasiyası nəticəsində meydana gəlir. Belə uşaqlar çox işığa, kəskin qoxulara inanılmaz reaksiya verir. Eyni zamanda davamlı olaraq hərəkət edir ya hərəkətsiz dayanır. Autizmdən əziyyət çəkən uşaqlarda gözlənilmədən əsəb gərginliyi yaranır, onlar qışqırmağa başlayırlar. Belə uşaqları bir ad birləşdirir autizm! Autizm XXI əsrin bəlasına çevrilmiş bir xəstəlikdir. Xarici görünüşcə heç kimdən fərqlənməyən bu xəstəliyin daşıyıcıları nəinki yad insanlar, hətta öz doğmaları belə necə rəftarın lazım olduğunu bilmirlər. Bu sahədə insanların bilgisinin olmadığını desək bir o qədər yanılmarıq. Bu xəstəliyin daşıyıcıları hər şeyi çox gözəl duyur başa düşürlər. Sadəcə ünsiyyəti bacarmır, öz qəribəlikləri, bəzən aqressiv davranışları ilə çətinlik yaradırlar. Çex yazıçısı Frans Kafka, avstraliyalı bəstəkar Anton Braynkler, rus  rəssamı Vasili Kandiniski autizmdən əziyyət çəkiblər. Amma bu onların uğur qazanmasına mane olmayıb.

2 aprel Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Heç şübhə yox ki, uşağın formalaşmasında əsas rol valideynlərin üzərinə düşür. Hər bir valideyn övladını olduğu kimi sevməli onları istədikləri işə yönəltməlidir. Təəssüf ki, Azərbaycanda belə xəstəlikdən əziyyət çəkən uşaqları valideynlər komplekslərinə görə qeydiyyata salmırlar. Autizm erkən yaş dövrü başlayan həyat boyu davam edir. Dünyada hər 150 uşaqdan biri autizmin daşıyıcısıdır. Hər 4 autizm xəstəsindən 3-ü isə  oğlan uşaqlarıdır. Autizm fərqli bir dünyadır. Lakin sevgimiz bu dünyaya körpü rolunu oynaya bilər. Autizm onların seçimi deyil bu, hər birimizin başına gələ bilər. Erkən diaqnoz intensiv məşğələlərlə autizmli insanları cəmiyyətə qazandırmaq mümkündür.

"Narınc" Uşaq Psixologiya Mərkəzinin pedaqoq-psixoloqu Gülnar Orucovanın sözlərinə görə, autizm erkən yaş dövründən başlayan, sosial münasibətlər ünsiyyət sferasında özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətlərinin əsasən iki yaşından etibarən özünü göstərməyə başladığını deyən G.Orucova deyib ki, autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edilir: "Autizm kifayət qədər geniş yayılmış haldır. Belə ki, bu, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Autizmin yaranması həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə uşaq yaşlarında edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Bu isə bir sıra səbəblərlə əlaqədar ola bilər. Maddələr mübadiləsinin anadangəlmə pozulması ya orqanik zədələnməsi, hamiləlik dövründə doğuş zamanı, epilepsiya sindromu ilə yaxud bir sıra uşaq xəstəliklərinin (qızılca, məxmərək s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Autizmin xüsusiyyətləri səbəbləri barədə danışan psixoloq bunları söyləyib: "Autizmin tipik xüsusiyyətləri bunlardır: başqaları ilə ünsiyyət qurmamaq, göz təmasından qaçmaq, digər uşaqlarla oynamamaq, mənasız şeyləri ardıcıl təkrarlamaq, davamlı eyni oyunu oynamaq, hər şeyin eyni olmasını istəmək, dəyişikliyə tez reaksiya vermək, səbəbsiz ağlamaq, gülmək, ağrıya qarşı laqeydlik, ata-anaya həddən artıq bağlılıq, səslərə qarşı həddindən artıq həssaslıq ya laqeydlik, həddindən artıq hərəkətlilik ya hərəkətsizlik, tək qalmağı seçir, yaradıcılıq tələb edən oyunlar oynamamaq, istəklərini başqalarının əllərindən istifadə edərək demək, ətrafı ilə maraqlanmamaq, yerində fırlanmaq, əşyaları davamlı olaraq çevirmək, exolaliya (cavab vermək yerinə eynilə təkrar edir). Autik uşaqların 30 faizində intellekt orta səviyyədə, bəzilərində hətta tam yüksək intellekt var. Əqli gerilik olanlarda üstünlük təşkil edir. Səbəbləri dəqiq məlum olmasa da, genetik, ekoloji faktorlarla, zərbə aldıqdan sonra, normadan az çəki ilə doğulma, ağır metal tərkibli (qurğuşun civə) vaksinasiya s. ilə izah olunur. Autizm xəstəliyinin səbəbi məhz vaksinasiya ağır metallardır. Bunlar ehtimallar içərisindədir".

G.Orucovanın dediyinə görə, ailənin ilk uşağı autizmdirsə, sonrakı uşağın autizmli olma riski 5-15 faizdir. O bildirib ki, əgər tək yumurta əkizlərində biri autizmdirsə, digərinin autizmli olma riski 35-70 faiz ola bilər: "Bu xəstəlik daha çox oğlan uşaqlarında təsadüf olunur. Rett sindromuna daha çox qızlarda rast gəlinir. Qız xəstəliyi kimi qəbul olunur. X xromosomu üzərində MECP2 genin qüsurlu olmasından yaranır. Autizmin spektr pozuntuları: uşaq autizmi, atipik autizm, rett sindromu, uşaqlıq dezinteqrativ pozuntu, asperger sindromu, zehni geriləmə, təkrar hərəkətlər fəaliyyət pozuntusudur".

Psixoloqun sözlərinə görə, bu xəstəliklə bağlı ilk növbədə psixoloqa müraciət edilməlidir: "1-3 yaş Autizmin "qızıl dövru" adlandırılır. Əgər erkən təyin olunarsa müalicə təlim daha effektli olur. Ömür boyu davam edən bir xəstəlik olsa belə müəyyən sosial bacarıqlara yiyələnirlər, öz tələbatlarını təmin edə bilirlər. "Autizm defektoloji Psixoloji Yardım Mərkəzi" İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızının verdiyi statistikaya əsaslanaraq bildirmək istəyirəm ki, hazırda dünyada hər 88 uşaqdan 1-i, Azərbaycanda isə hər 100 uşaqdan 2-3-ü autizmli doğulur. Amma bununla yanaşı ölkəmizdə autizmli uşaqların dəqiq statistikası aparılmır. Belə uşaqlar rəsmi statistikadan dəfələrlə çoxdur. Bizim hesablamalarımıza görə, hazırda ölkədə 4 minə yaxın autizmli xəstə var. Halbuki rəsmi qeydiyyatda olan autizmli uşaqların sayı 90 nəfər göstərilir. Onu da qeyd edim ki,  hər ay dövlət tərəfindən belə xəstələrə 67 azn müavinət verilir".

Psixoloq Naxçıvanda Məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autik uşaqlar üçün defektoloq, loqoped,  psixoloqlar təlimlərin aparıldığını deyib. Onun sözlərinə görə, Bakıda 11, 239 saylı xüsusi məktəblər bu sahə ilə məşğuldur. O, belə uşaqların cəmiyyətə inteqrasiyası üçün məsləhətlərini verib: "Autizmli uşaqlara ağılsız kimi baxıb onları cəmiyyətdən təcrid etməyə çalışmaq lazım deyil. Onları xəstə adlandırmaq yanlışdır, çünki onların bəziləri qeyri-adi istedada malik olurlar. Autizmə bir xəstəlik, əlillik kimi yox bir fərqlilik kimi baxaq. Onlara daha çox diqqət, qayğı, sevgi vermək lazımdır. Autizmli balalarımızı utanıb gizlətməklə onlara daha çox zərər veririk, özümüz onları cəmiyyətdən uzaqlaşdırırıq. Ən əsası autizmi qəbul etmək bununla barışmaq lazımdır. Barışmaq lazımdır ki, birləşib mübarizə aparmağa gücümüz olsun. Autizm balalarımızın seçimi deyil buna görə onları günahlandırmaq düzgün deyil. Təəssüf edirəm ki, Azərbaycanda hələ autizm düzgün şəkildə diaqnozu verilmir. Bir çox autizm olan şəxslərə psixi xəstə diaqnozu verilir. Bu bir dəhşətdir! Gəlin hamımız birlikdə bu işi bacaranlara kömək edək birlikdə autizmə qalib gələk. Autizm həyat tərzidir. Autiklərdə hamı kimi sevgi, bağlılıq hissi keçirir. Onlarda sevinir, kədərlənir, qorxu narahat olurlar. Sadəcə bu hissləri ifadə edə bilmirlər. Belə uşaqların ətrafında müsbət auraları onları başa düşən insanların olması vacibdir. Mütəxəssislər belə uşaqların valideynlərinə xəstəliklə mübarizədə ruhdan düşməməyə ümidsizliyə qapılmamağa çağırırlar".

Vəfa MƏMMƏDLİ

 





02.04.2014    çap et  çap et