525.Az

Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürüb


 

Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürüb<b style="color:red"></b>

Azərbaycan Qran-prisinə start verilib.

525.az APA-ya istinadən xəbər verir ki, paytaxtımızda beşinci dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.

“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə ikinci mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.

Bu yürüşlərə Robert Şvartzman, Oskar Pyastri (“Prema”), Quanyu Jou, Felipe Druqoviç (“Uni-Virtuosi”), Dan Tiktum, Yehan Daruvala (“Karlin”), Liam Louson, Jüri Vips (“Hiteç Grand Prix”), Kristian Lundqard, Teo Purşer (“Art Grand Prix”), Riçard Verşur, Lirim Zendeli (“MP Motorsport”), David Bekmenn, Gilyerme Samaya (“Çaruz”), Roy Nissani, Markus Armstronq (“Dams”), Matteo Nannini, Ralf Boşunq (“Kampos”), Cek Aytken, Alessio Deledda (HWA), Bent Viskal və Marino Sato (“Trident”) qatılıblar.

İlk iki mərhələdən sonra Quanyu Jou 68 xalla birincidir. İkinci pillədə Oskar Pyastri (52), üçüncü yerdə Teo Purşer (47) qərarlaşıb.

Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə iki sərbəst yürüş də təşkil olunacaq.

 





04.06.2021    çap et  çap et