525.Az

Prezident Necdet Özeli qəbul edib


 

Prezident Necdet Özeli qəbul edib<b style="color:red"></b> Prezident İlham Əliyev aprelin 2-də Türkiyənin Silahlı Qüvvələrinin baş qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın “AzərTAc”a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
 
Səfərin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





02.04.2014    çap et  çap et