“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində ikisi media nümayəndəsi olmaqla üç azərbaycanlı mülki vətəndaşın ölməsi ilə bağlı xəbərə dərindən kədərləndim”.
525.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
“Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Hər gün onlar bu çağırışdan imtina etdikcə, daha çox həyat təhlükə altına düşür”, - deyə nazir vurğulayıb.