525.Az

Minaya düşərək şəhid olan media işçilərinin xatirəsi anılır


 

Minaya düşərək şəhid olan media işçilərinin xatirəsi anılır<b style="color:red"></b>

Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olan media işçilərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) qarşısında keçiriln mərasimə qatılan jurnalistlər həmkarlarının xatirəsini yad edir, fotoları önünə əklil və güllər düzür, onların haqqında fikirlərini bölüşürlər.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

 

 





04.06.2021    çap et  çap et