525.Az

"Apple"ın əməkdaşları ofisə qayıtmaq istəmirlər


 

"Apple"ın əməkdaşları ofisə qayıtmaq istəmirlər<b style="color:red"></b>

"Apple" şirkətinin əməkdaşları evdən işləmək rejimindən çıxaraq, ofisə qayıtmaq istəmirlər. Onlar rəhbərliyə məktub yazaraq, xahiş ediblər ki, necə işləmək formatını seçmək hüququ öz öhdələrinə buraxılsın.

525.az azvision.az-a istinadla xəbər verir ki, bu hadisə şirkətin rəhbərliyi əməkdaşları işə çağırandan bir neçə gün sonra baş verib. İlk olaraq onlara həftədə 3 gün işə çıxmaq təklif edilib.

Bəzi əməkdaşlar yenidən ofisə çağırılandan sonra işdən çıxmaq qərarına gəliblər.

"Apple" şirkəti bu məsələdə mühafizəkardır və əməkdaşların evdən işləməsinə o qədər də müsbət baxmır.

 





05.06.2021    çap et  çap et