https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

Azərbaycan Qran-prisində qalib məlum oldu

Azərbaycan Qran-prisində qalib məlum oldu

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

525.az-ın məlumatına görə, Bakıda keçirilən mövsümün altıncı mərhələsində “Red Bull” komandasının pilotu Serxio Peres birinci yeri tutub.

Komanda yoldaşı Maks Ferstappenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn meksikalı pilot liderliyini sona qədər qoruyaraq, mövsümdə ilk qələbəsini qazanıb.

“Mercedes”in pilotu Luis Hamilton sona 3 dövrə qalmış yanlış istiqamətə getdiyindən, “Aston Martin”dən Sebastyan Fettel ikinci yeri tutub. “Alfa Tauri-Honda”dan Pyerr Qasli isə üçüncü olub.

“Red Bull” pilotu qalib gəlməklə son iki Azərbaycan Qran-prisini qazanan “Mercedes”in Bakıdakı uğurlu seriyasına son qoyub.

Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.