525.Az

Bakıda əsas yollardan birinin təmirinə başlandı


 

Bakıda əsas yollardan birinin təmirinə başlandı<b style="color:red"></b> Bakıda əsas yollardan birinin təmirinə start verilib.

Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb: "Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək".
Qeyd edək ki, təmir olunacaq hissə yolun 1,3 km məsafəsini əhatə edir.
 





03.04.2014    çap et  çap et