525.Az

İdmançımız ermənini məğlub edib dünya çempionu oldu


 

İdmançımız ermənini məğlub edib dünya çempionu oldu<b style="color:red"></b>

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatının qalibi azərbaycanlı idmançı olub.

525.az-ın məlumatına görə, çempionatda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yetirməsi Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək, 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.

 





07.06.2021    çap et  çap et