525.Az

Erməni terrorçuların məhkəməsinin vaxtı bilindi


 

Erməni terrorçuların məhkəməsinin vaxtı bilindi <b style="color:red"></b>

Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri- Serobyan Geğam Samveloviç, Avakyan Qraç Arzumanoviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asertyan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Komiyeviç, Sedrakyan Romik Misakini, Minosyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç, Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, 14 nəfər barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində iyunun 16-sı saat 10.00-a təyin edilib.

 





07.06.2021    çap et  çap et