525.Az

”Facebook”dan Trampa iki illik cəza


 

”Facebook”dan Trampa iki illik cəza<b style="color:red"></b>

Facebook ABŞ-ın keçmiş Prezidenti Donald Trampın hesabını iki il müddətində bloklayıb.

525.az xəbər verir ki, tərəfdarları tərəfindən ABŞ Konqresinin binasına basqınla bağlı yazılarından sonra Trampın hesabı müddətsiz olaraq qadağan edilmişdi. Lakin ”Facebook” Nəzarət Şurası cəzada dəyişiklik edilməsi qərarını verib və hesabı iki il müddətində bloklayıb. Şirkət, Trampın hərəkətlərini "qaydalarımızı kobud şəkildə pozma" kimi qiymətləndirib. Tramp isə bu qərarın keçən ilki prezident seçkilərində ona səs verən milyonlarla insana "təhqir" olduğunu söyləyib.

Qeyd edək ki, sosial media nəhəngi, siyasətçiləri bəzi məzmun idarə etmə qaydalarından azad etmə siyasətinə son verdiyini də açıqlayıb.

El Roman

 





07.06.2021    çap et  çap et