|
|
|
|
Koronavirus pandemiyası zamanı dəhşətli səhiyyə böhranı ilə qarşılaşan Hindistanda məhkəmə həkimlərin tətil etmələrini qadağan edilib. Bundan sonra çətin şərtlərdə çalışan təxminən 3000 həkim istefa edib.
525.az xəbər verir ki, Ali Məhkəmə, həkimlərin Cümə axşamı günü 4 günlük tətilini qanunsuz kimi xarakterizə edib və cümə günortadan sonra vəzifələrinə qayıtmalarını əmr edib. Bu səbəbdən dövlətə bağlı 6 Tibb fakültəsində çalışan təxminən 3 min köməkçi həkim kütləvi şəkildə istefa edib.
Madhya Pradeş Rezident Həkimlər Birliyi (MPJDA) Başçısı Dr. Arvind Meena, kollektiv istefaların aidiyyatı Universitetlərin dekanlarına təqdim edildiyini açıqlayıb.
O çıxışında Racastan, Bihar, Karnataka, Telanqana, Maharaştra və digər bəzi əyalətlərdən köməkçi və baş həkimlərin tətilləri dəstəklədiyini söyləyib.
El Roman