525.Az

Teatr biletləri dəqiqələr içində satıldı


 

Teatr biletləri dəqiqələr içində satıldı   <b style="color:red"></b>

Hollandiyada gecə yarısından etibarən teatrlar açılıb və bütün biletlər cəmi 28 dəqiqədə satılıb.

525.az xəbər verir ki, bu ölkədə koronavirus tədbirləri ilə bağlı yumşaldılmaların ikinci addımı bu gün qüvvəyə minib. Teatr, kino, muzey və restoranlar yenidən açılıb. Tələbin yüksək olması səbəbindən həftəsonu Hollandiyadakı kinoteatrlarda bütün biletlər gecə ikən satılıb.

Hollandiya hökumətinin qəbul etdiyi qərara uyğun olaraq, koronavirus tədbirləri ilə bağlı üçüncü addım şənbə gününün ilk saatlarından etibarən qüvvəyə minib. Teatr, kinoteatr və muzeylər 10 kvadratmetr üçün 1 nəfər olmaq şərti ilə yenidən açılıb.

El Roman

 





07.06.2021    çap et  çap et