525.Az

Başını telefondan qaldırmayanlar üçün üçüncü göz hazırlandı - Foto


 

Başını telefondan qaldırmayanlar üçün üçüncü göz hazırlandı - <b style="color:red">Foto</b>

Cənubi Koreyalı sənaye dizayneri Paen Min-vuk, küçədə gəzərkən gözlərini ekrandan çəkə bilməyən telefon aludəçiləri  üçün 'üçüncü göz' hazırlayıb.

525.az xəbər verir ki, Min-vuk, küçədə belə insanların irəlini görmələrini təmin edən “üçüncü göz” dizaynını “Tele sapiens” adlandırdığını söyləyib.  Dizaynı ilə bağlı danışan dizayner, "Bu günlərdə çox sayda gənc qəzaya uğrayır, çünki telefonlarına baxaraq gəzirlər. Bu dizayn onlara fayda gətirəcək." - deyə söyləyib.

Min-vuk tərəfindən dizayn edilən üçüncü göz cib telefonuna qoşulur və üzərindəki sensorlar sayəsində hər hansı bir obyektlə qarşılaşdıqda səs çıxarır.


El Roman

 





07.06.2021    çap et  çap et