525.Az

Mina aşkarlayan siçovul "təqaüdə" çıxdı


 

Mina aşkarlayan siçovul "təqaüdə" çıxdı<b style="color:red"></b>

Minalardan təmizlənmə işlərində göstərdiyi qəhrəmanlığa görə qızıl medala layiq görülən siçovul Maqava “işindən çıxıb”.

525.az xəbər verir ki, Kambocadakı beş illik karyerası ərzində Maqava  71 mina və onlarla partlamamış hərbi sursat aşkarlayıb. Ancaq onun baxıcısı Malen, nəhəng yeddi yaşlı Afrika opossumunun yaşlandıqca yavaşlamağa başladığını və indi təqaüdə çıxması lazım olduğunu söyləyib. Maqava, Tanzaniyada fəaliyyət göstərən Belçika Apopo xeyriyyə təşkilatının 1990-cı illərdən bəri mina aşkarlanması üçün yetişdirdiyi siçovullardan biridir.

Qeyd edək ki, Kambocada altı milyona qədər minanın olduğu təxmin edilir.

El Roman

 





07.06.2021    çap et  çap et