525.Az
DİN Tovuzda baş vermiş partlayışla bağlı məlumat yayıb
Tovuz rayonunda qaz balonunun nasazlığından ani partlayış baş verib.
525.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 2-də Tovuz rayonu Qaraxanlı kənd sakini Bayram Məhərrəmovun həyətində qaz balonunun nasazlığından ani partlayış baş verib. Hadisə nəticəsində dağıntı olmayıb. Lakin Bayram Məhərrəmov yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.
03.04.2014
çap et