Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin ona şillə vurub.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Fransa Prezidentinin Drom departamentinə səfəri zamanı baş verib.
Baryerin arxasındakı vətəndaşlara görüşmək istəyən Fransa Prezidentinin üzünə şillə vurulub.
İnsidentlə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir.
çap et