525.Az

500 insan dişindən hazırlanan Putin portreti


 

500 insan dişindən hazırlanan Putin portreti<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putinin "Rusiyanın regional hüquqlarına müdaxilə edən xarici güclərin dişlərini qırarıq" sözləri, incəsənət nümunəsinə çevrilib.


525.az xəbər verir ki, bu sözlərdən sonra 500 insanın dişindən çəkilmiş Putinin portreti hazırlanıb.
Rus rəssamı Evangeliya Skovart ölkə başçısının Sibiri qorumaq üçün dediyi sözlərdən təsirlənib. Rəssam bölgədəki diş həkimlərindən topladığı 500 dişlə Rusiya liderinin portretini hazırlayıb. Sənətçi, kripto sənət əsəri olaraq əlamətdar əsərinin bir fotosunu auksiona çıxarıb. Açılış qiymətini isə təxminən 2500 dollar olaraq təyin edib.

Rus sənətkarın planı, qazancının yarısını Sibirdəki xeyriyyə təşkilatlarına bağışlamaqdır.
 
El Roman

 





08.06.2021    çap et  çap et