“Facebook” Kanadada bəzi istifadəçilərin son bir neçə həftə ərzində Fələstin haqqında yazılarının silindiyi barədə şikayət etməsindən sonra problemin "texniki nasazlıq" səbəb olduğunu bildirib.
525.az xəbər verir ki, şirkət texniki problemə görə üzr istəyib. Açıqlamada, "Dünyadakı hekayələrə təsir edən səhv əsla olmamalı idi. Əhəmiyyətli hadisələrə diqqət çəkə bilmədiklərini və ya səslərinin bu mövzuda qəsdən kəsildiyini hiss edənlərdən üzr istəyirik. Bizim niyyətimiz bu deyildi. Müəyyən bir toplumu və ya baxışı susdurmaq istəmirik. Siyasətimiz hər kəsə söz vermək və tətbiqlərimizdə təhlükəsizliyini təmin etmək üçün hazırlanıb. Bu siyasəti hamıya bərabər tətbiq edirik”, - ifadələlərindən istifadə edilib.
Digər tərəfdən, İsrail tərəfdarı olan yayımların və ya digər Yaxın Şərq məzmununun həmin texniki problemdən təsirlənib-təsirlənməməsi barədə məlumat yoxdur.
El Roman