525.Az

Əfqanıstanda helikopter qəzaya uğradı - Ölənlər var


 

Əfqanıstanda helikopter qəzaya uğradı - <b style="color:red"> Ölənlər var </b>

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi ölüb, biri yaralanıb.

525.az Report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. Hadisə gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib.

“Taliban” qruplaşması isə helikopteri vurduqlarını açıqlayıb və hadisənin məsuliyyətini üzərinə götürüb.

 





09.06.2021    çap et  çap et