525.Az

Gün eynəklərinin düzgün istifadə qaydaları


 

BUNLARA DİQQƏT EDİN

Gün eynəklərinin düzgün istifadə qaydaları<b style="color:red"></b>

Havaların istiləşməsi günəş eynəklərinə olan ehtiyacı artırır. Çünki ultrabənövşəyi şüaların gözlərimizə vurduğu ziyan ağır nəticələr verə bilər. Ona görə də yayda eynəklə bəzi qaydalara əməl etməkdə fayda var.

Gözünüzün sağlamlığı üçün vacib amillərdən biri də günəş eynəyinin düzgün seçilməsidir.

Eynəksiz bayıra çıxmayın: Atmosfer zərərli şüaların böyük bir qismini özündə saxlasa da, günəş işığında gözə zərər verəcək dərəcədə ultrabənövşəyi və infraqırmızı şüaları var. Ozon təbəqəsi nazikləşdiyi üçün insan dərisinə və gözünə zərərli şüalar yer üzünə daha çox miqdarda çatır, bu da dəri və göz sağlamlığı üçün böyük təhlükəyə çevrilir. Bu zərərli şüalardan gözləri qorumaq üçün ideal bir gün eynəyi seçməyiniz məsləhət görülür. İdeal gün eynəklərinin şüşəsi UV və İR şüalarını soraraq, onların gözə zərər verməsinin qarşısını alır. Günəşin zərərli şüaları gözlərdə katarakt kimi bir neçə xəstəliyə səbəb olur. Ümumilikdə görməyə mənfi təsir edir.

Hava buludlu olanda da eynək taxın: Kölgədə və yaxud buludlu havada  eynəyi çıxartmayın. Çünki hər hansı ağacın və yaxud çətirin altında olmaqla gözlərinizi şüalarda qorumuş olmayacaqsınız. Şüaların böyük hissəsi buludların arasından da keçir. Xüsusi ilə günorta saatlarında ehtiyatlı olmaqda fayda var. Linza istifadəsi yay mövsümündə dava çox müşahidə edilir. Nə qədər düzgün bahalı linza markası istifadə etsəniz də günəş gözlüyündən istifadə mütləq olmalıdır.

Gözləri ovxalamaq olmaz: Bahar və yay aylarında külək vasitəsi ilə gözlərə yad maddələr daxil ola bilir. Ona görə də həm sulardan, həm də yad cisimlərdən gözlərinizi qorumaq üçün eynək zəruridir. Gözlərinizi toz və yaxud başqa cisim daxil olsa, qətiyyən ovuşdurmayın, bol su ilə yuyun. Göz həkimləri xüsusi ilə bir mövzuda insanları diqqətli olmağa çağırır.  Həm özünüzə, həm də uşaqlarınıza eynək alarkən keyfiyyətinə önəm verin. Uşaqların bir yaşından sonra günəş eynəyi istifadə etməsi gələcəyi üçün düzgün seçimdir. Eynək alarkən sertifikatını mütləq tələb edin. Həmçinin, UV şüalarından qoruyucu təsir gücünə əmin olun.

Əgər göz makiyajınız varsa, günəşlənmək düzgün deyil. Həmçinin, günəşdən qorunmaq üçün üzünüzə çəkdiyiniz kremi gözlərinizə yaxın məsafədə çəkməyin. Əgər bu halda günəşin altında qalsanız, həmin krem əriyib gözlərinizin içinə təmas edəcək. Nəticədə isə xoş qaşıntı, qızartı, sulanma və s. yarana bilər.

Dənizə girərkən üzgüçü eynəyi mütləqdir: Dənizə hovuza eynəksiz girməyin. Xüsusilə linza istifadə edirsinizsə, bu halda dənizə və yaxud hovuza girmək olmaz. Çünki gözə müxtəlif infeksiyalar düşə bilər. Eyni zamanda, kondisionerlərin düzgün istifadə edilməməsi göz suyunun daha çox buxarlanmasına səbəb olur. Nəticədə də qaşıntı, batma, bulanıq görmə və göz quruluğuna səbəb olur. Kondisioner olan mühitdə çox olmayın. Pəncərələri açmağı unutmayın. Həmçinin, kondisionerdən birbaşa məruz qalmaqdan qorunun.

Afaq RZA

 





09.06.2021    çap et  çap et