525.Az

Mühacir ədib Teymur Atəşlinin "Seçilmiş əsərləri" nəşr olunub


 

Mühacir ədib Teymur Atəşlinin "Seçilmiş əsərləri" nəşr olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyat kitabxanası" seriyasından IV kitab - Teymur Atəşlinin "Seçilmiş əsərləri" "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən seriyanın bu cildinə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Teymur Atəşlinin şeirləri, "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" adlı savaş xatirələri, "Tuzaq" pyesi və publisistik məqalələri daxil edilmişdir. Mühacir yazarın ədəbi irsi kitab halında ilk dəfə Vətənində nəşr olunur.

Teymur Atəşlinin "Seçilmiş əsərləri"ni ilk mənbələr əsasında tərtib edən, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, cildin məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.

Hazırda İnstitutda "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının növbəti cildləri üzərində işlər davam etdirilir.

 





09.06.2021    çap et  çap et