525.Az

"İstedadsız adamları fenomenə çevirən də bizim insanlardır"


 

ORXAN RƏHİMZADƏ: "SOSİAL ŞƏBƏKƏLƏR GƏNCLƏRİN İSTEDADINI CƏMİYYƏTƏ TANITMAQDA VASİTƏÇİDİR"

"İstedadsız adamları fenomenə çevirən də bizim insanlardır"<b style="color:red"></b>

Sosial şəbəkələrdə parlayanlar

Həmsöhbətimiz sosial mediada bir xeyli tanınan gənc müğənni Orxan Rəhimzadədir.

Orxan Zəngilan rayonunun Mincivan qəsəbəsində dünyaya göz açıb. Musiqi üzrə vokal dərsləri alsa da, bu sahədə ali təhsili yoxdur. İfa etdiyi musiqi nümunələrini sosial şəbəkələr vasitəsilə paylaşır.

Ona bu yolda uğurlar diləyir və müsahibəmizə keçid alırıq...

***

- Sosial şəbəkələrlə tanışlığınız necə başladı?

- Əvvəlcə sosial şəbəkədən adi şəkildə istifadə etsəm də, sonradan ifalarımı sosial media sayəsində insanlara çatdırmaq istədim. Məncə, az da olsa, bunu bacardım. Gələcəkdə özümü bu sahədə daha da təkmilləşdirməyi düşünürəm.

- Musiqi istedadınız nə zaman üzə çıxdı?

- Musiqi istedadım uşaqlıq illərindən üzə çıxıb. 8 yaşımda artıq musiqi təhsili alırdım.

- Ailədə sizdən başqa musiqiçi varmı?

- Xeyr, musiqi ilə məşğul olan yalnız mənəm.

- Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Əslində, sosial şəbəkələr gənclərin istedadını insanlara tanıtmaqda vasitəçidir. Onun imkanlarından yüksək dərəcədə faydalanmaq lazımdır.

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz nə deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması nə dərəcədə realdır?

- Deyirlər, xalqın gözü tərəzidir. Amma mənim fikrimə görə, istedadı olmayan həmin adamları fenomenə çevirən də elə bizim insanlardır. Yəni həmin adamların videolarını izləyərkən qalxıb pisləmək bir az absurddur. Hansı səbəbdən olur-olsun, bir adamı izləyirsənsə, sən onun reklamını artırırsan.

- Ən böyük arzunuz nədir?

- Ölkəmizdə ən yaxşı səhnələri fəth etmək istəyirəm.

- Müasir və retro sənətkarlardan kimlərin ifasını dinləyirsiniz?

- Açığı, hansı musiqi qulağıma xoş gəlirsə, dinləyirəm. Müğənninin kim olduğu o qədər də önəmli deyil.

- Sizcə, bu gün gənclərin bayağı mahnılara üstünlük verməsinin səbəbi nədir?

- Hər kəsin fərqli musiqi anlayışı var. Ona görə də zövqlər də müxtəlifdir, bu haqda bir irad bildirə bilmərəm.

- Kitab oxumaqla aranız necədir?

- Kitab oxumağı sevirəm, amma mahnı oxumağı ondan daha çox sevirəm.

- Bir qədər hazırkı fəaliyyətiniz və gələcəkdəki planlarınız barədə danışardınız...

- Planlarım çoxdur, Allahın izni ilə hamısını həll etməyə çalışacam. Sadəcə bu sənət çox maddiyyat tələb edir.

Günel ABBAS

 





09.06.2021    çap et  çap et