525.Az

Vətəndaş cəmiyyətinin inkişafında əsaslı dönüş: QHT sektoruna yüksək dövlət qayğısı


 

Vətəndaş cəmiyyətinin inkişafında əsaslı dönüş: QHT sektoruna yüksək dövlət qayğısı<b style="color:red"></b>

Hər bir demokratik cəmiyyətdə vətəndaş cəmiyyəti institutlarının, eləcə bu institutların başlıca qüvvəsi olan qeyri-hökumət təşkilatlarının xüsusi yeri önəmi var. Azərbaycan dövləti öz növbəsində bu sektorun inkişafına xüsusi diqqət qayğı ilə yanaşır. Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması inkişafı istiqamətində atılan addımların əsası məhz müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin zamanında qoyulub. Ümummilli liderin bu sahədə həyata keçirdiyi böyük islahatlar əsasən ictimaiyyətə bəlli olsa da, bu islahatların bəzi məqamlarına diqqət çəkəcəyik.

Öncə qeyd edək ki, bu yazı silsiləsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin fikirlərinə istinad olunur.

Məlum olduğu kimi, ötən əsrin 90- illərinin əvvəllərində ölkədə yaranmış siyasi iqtisadi böhran gənclərin psixoloji mənəvi durumuna çox mənfi təsir etməklə yanaşı, bütövlükdə cəmiyyətdə müəyyən ideoloji boşluğun dərinləşməsinə səbəb olmuşdu. Məhz bu boşluğu aradan qaldırmaq gənclərin üzləşdiyi problemləri həll etmək məqsədilə Ulu Öndər Heydər Əliyev 1994- ildə Gənclər İdman Nazirliyini yaratdı. Bu nazirlik bir çox gənc kadrların formalaşması, gənclərin dövlət vətəndaş cəmiyyəti quruculuğu prosesinə yaxından cəlb edilməsi, gənclərlə işləyən qeyri-hökumət təşkilatlarına maddi təşkilati dəstəyin verilməsi istiqamətində çox böyük rol oynadı.

Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra, 1995-ci ildə, Heydər Əliyevin rəhbərliyi ilə hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı digər ictimai birlik yaratmaq ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən yeni ölkə Konstitusiyası qəbul edildi. Bundan ruhlanan gənclər 1995-ci ilin sonlarında vətəndaş cəmiyyəti təsisatları arasında ilk konfederativ qurum olan, gənclər təşkilatlarını bir araya gətirən onların fəaliyyətini əlaqələndirən Gənclər Təşkilatlarının Milli Şurasını  yaratdılar. Bu təşəbbüslər təşkilatlanmalar Ulu Öndərin 1993- ildə yenidən hakimiyyətə gəlməsindən sonra yaranmış demokratik mühitin konkret nəticələrindən biri idi.

1996- ildə Heydər Əliyevin birbaşa təşəbbüsü ilə ümumrespublika gənclərinin 1-ci Forumu keçirildi gənclərin fəaliyyət platforması qəbul edildi. MDB Şərqi Avropa ölkələri arasında Azərbaycan qədər gənclərə onların üzləşdiyi problemlərin həllinə diqqət yetirən ikinci bir ölkə yox idi.

Ümumrespublika gənclərinin 1-ci Forumun bir illiyi ilə əlaqədar, yəni 1997-ci ildə, Ulu Öndər Heydər Əliyev bir qrup gənclə görüş keçirdi. A.Quliyev məqalələrinin birində həmin görüşü belə xatırlayır: "Həmin tədbir zamanı ulu öndər bəzilərimizə çıxış üçün söz verdi. Mən ilk dəfə idi ki, bu dahi şəxsiyyətlə şəxsən görüşdə olurdum. Mövzu həm aktual, həm məsuliyyətli idi: "Milli ideologiyanın formalaşmasında gənclərin rolu". Dövrünə görə çox aktual olan bu mövzuda, özü bu ideologiyanı gözəl bilən Heydər Əliyev kimi böyük dövlət adamının qarşısında çıxış edirdim. Çox diqqətlə baxır dinləyirdi. Yadıma düşəndə indi həyəcanlanıram...".

Həqiqətən Heydər Əliyev vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işləri yerli səviyyədə məhdudlaşdırmadı bu prosesə nüfuzlu beynəlxalq təşkilatları da cəlb etdi. 1997-ci ildə ulu öndərin birbaşa  təşəbbüsü ilə Azərbaycan hökuməti ilə  BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə haqqında saziş  imzalandı. Bu sazişə əsasən 1998-ci ildə BMT İP-nın QHT-lər üzrə Resurs Təlim Mərkəzi yaradıldı bu mərkəz QHT Sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. 1998-ci ildə  "Qrant haqqında" qanunun qəbulu isə qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi məsələsini tam həll etmiş oldu.

Vətəndaş cəmiyyəti institutları Ulu Öndərin atdığı bu addımların tezliklə bəhrəsini gördü QHT-lərin institusional inkişafı sahəsində beynəlxalq təcrübə Azərbaycanda tətbiq edilməyə başladı.

A.Quliyev bunu o dövrün şərtlərinə görə, ən cəsarətli addım kimi qiymətləndirərək, o zaman keçmiş sovet ölkələrindən heç birinin hələ buna cəsarət etmədiyini bildirib: "Ümumiyyətlə, Heydər Əliyevin siyasəti ondan ibarət idi ki, gənclərə geniş meydan verilsin. 1999-cu ildə gənclərin 2-ci Forumunda çıxış edən Heydər Əliyevin gənclərə xitabən söylədiyi "Gənclər, bu dövləti sizə etibar edirəm. Gələcək sizindir!"  ifadəsi  bizi daha da ruhlandırırdı, məsuliyyətimizi artırırdı. Elə bu siyasətin nəticəsidir ki, o vaxt gənclər hərəkatının fəallarından olanların bir çoxu bu gün parlamentdə təmsil olunur, onlardan yüksək dövlət vəzifəsi tutanları da az deyil".

Ulu Öndərin vətəndaş cəmiyyəti quruculuğuna verdiyi önəmin nümunəsi kifayət qədərdir. O zaman BMT-nin vətəndaş cəmiyyətinə dəstək layihəsinin qarşısında duran əsas vəzifələrdən biri ayrı-ayrılıqda pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri bir araya gətirmək, onların fəaliyyətini əlaqəndirə bilən çevik bir mexanizm yaratmaq, bununla da ölkə QHT-lərinin ümumi məsələlərdə həmrəyliyini birliyini təmin etməkdən ibarət idi. Həqiqətən həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi, hökumət strukturları, beynəlxalq donor təşkilatları, eləcə ictimaiyyətlə effektiv əlaqələrin qurulması, onların bürokratik əngəllərdən təzyiqlərdən birgə müdafiə olunması, ictimai sektorun bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına  hər cür yardım göstərilməsi üçün konkret bir şəbəkəyə ya koalisiyaya  böyük ehtiyac vardı.

Beləliklə, vətəndaş cəmiyyəti quruculuğu sahəsində özünəməxsus təcrübə sayılan, QHT ictimaiyyətinin güc mərkəzinə güvənc yerinə çevrilən Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF) 1999-cu il iyunun  11- 95 təşkilat tərəfindən təsis edildi.

MQF-nin təsis olunması ilə bağlı A.Quliyev bunları qeyd edib: "Həqiqətən həssas bir tarixi dönəmdə təsis edilən MQF fəaliyyətinin ilk aylarında ciddi problemlərlə qarşılaşdı. Dövrün reallığı ondan ibarət idi ki, "qeyri-hökumət təşkilatı" ifadəsi bəzi hökumət rəsmiləri tərəfindən mənfi qarşılanır, onlar müxalif qurum, antihökumət (antidövlət)  təşkilatlar kimi qəbul edilir bu səbəbdən tədbirlərimizdə iştirak etməkdən hər hansı bir dəstək verməkdən imtina edirdilər. Bütövlükdə, ictimaiyyətdə  QHT fəaliyyəti haqqında təsəvvürlər məhdud idi. Təbii ki, belə şəraitdə effektiv çalışmaq, cəmiyyət üçün zəruri olan işləri uğurla yerinə yetirmək çox çətin idi.

Yalnız Heydər Əıiyevin birbaşa diqqət qayğısından, təşəbbüslərindən sonra ölkədə QHT sektoruna olan münasibət yanaşma müsbət mənada xeyli dəyişdi, QHT hərəkatının yeni bir inkişaf mərhələsi başlandı. QHT-lərin fəaliyyətinə təkcə Bakıda yox,  Azərbaycanın bütün şəhər rayonlarında sözün əsl mənasında, "yaşıl işıq" yandırıldı".

Qeyd edək ki, 2000-ci ildə isə  "qeyri-hökumət təşkilatı" termini ilk dəfə olaraq Azərbaycan qanunvericiliyinə gətirildi Milli Məclis tərəfindən "Qeyri-Hökumət Təşkilatları" (İctimai Birliklər Fondlar) haqqında yeni qanun  qəbul edildi. Elə həmin ildə Milli Qeyri-Hökumət Təşkilatlarının  Forumu hökumətin, BMT İP Dünya Bankının  texniki təşkilati dəstəyilə "Yerli QHT-lərin İnkişaf Proqramı" layihəsinin icrasına başladı. Məhz bu layihənin nəticəsində ölkə QHT-lərinin dəqiq statistikası, ehtiyacları, güclü zəif tərəfləri öyrənildi, həmçinin  respublikanın 5 regionunda (Əli Bayramlı, Mingəçevir, Şəmkir, Qəbələ, Quba) Regional QHT-lərin Resurs Təlim Mərkəzi, 53 rayonunda isə QHT-lərin Əlaqələndirmə Mərkəzləri yaradıldı.

QHT-lər bu dövrdə milli proqram layihələrin hazırlanması dəstəklənməsində yaxından iştirak etdilər. 2001-ci ildə 15 müxtəlif  sahə üzrə fəaliyyət göstərən işçi qrupun hər birində 3 təşkilat olmaqla, 45 QHT "Yoxsulluğun azaldılması iqtisadi inkişaf üzrə Dövlət Proqramının hazırlanmasına öz  töhfəsini verdi.

2002-ci ildə isə məqsədyönlü şəkildə "Anti BTC" kampaniyası başlamış dünyanın 30-dan çox ölkəsini əhatə edən 64 xarici QHT-nin fəaliyyətini neytrallaşdırmaq məqsədilə Milli QHT Forumu "BTC- dəstək monitorinq beynəlxalq ictimai koalisiyası" təsis etdi. A.Quliyev məqalələrində bunu belə xatırlayır: "Bu məqsədlə biz, 3 QHT rəhbəri- Sabit Bağırov, Osman Gündüz mən Ulu Öndərin dəstəyi ilə Vaşinqtona səfər etdik BTC-nin qəti əleyhdarları olan bir sıra ABŞ QHT-lərinə layihənin əsl mahiyyəti regionun sosial-iqtisadi inkişafında oynayacağı müstəsna rol haqqında ətraflı məlumat verdik onların mövqeyində müəyyən dəyişikliyə nail ola bildik. Daha sonra koalisiyaya onun missiyasını dəstəkləmək üçün Gürcüstan Türkiyə QHT-ləri ilə birlikdə 300-dən çox yerli beynəlxalq  təşkilat qoşuldu bu istiqamətdə xeyli görüldü".

Bu illər ərzində ictimai sektor üçün mühüm olan məsələlər barədə hökumətlə daim müzakirələr aparılaraq, QHT sektorunun inkişafı üçün dövlət proqramının layihəsi hazırlanmış, yüzlərlə seminar təlimlər keçirilmiş, bu təlimlərdə iştirak edən QHT təmsilçilərinin bilik səriştəsi xeyli artırılmışdı.

Digər tərəfdən Ulu Öndər Heydər Əliyev QHT nümayəndələrini Prezidentin yanında Əfv məsələləri Komissiyası, Prezidentin yanında Sahibkarlar Şurası s. bu kimi bir sıra nüfuzlu dövlət qurumlarına üzv təyin etməklə bir daha vətəndaş cəmiyyətinə verdiyi önəmi, vətəndaşların qərar qəbulunda yaxından iştirakını təmin etmək istəyini bir daha nümayiş etdirdi.

Ümumiyyətlə,  2000-2003- illərdə QHT-lərin konkret sahələr üzrə ixtisaslaşması prosesi tam başa çatdı. Onlar ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlətin formalaşması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, insan haqlarının qorunması, sosial iqtisadi islahatların aparılması, qaçqın məcburi köçkün problemlərinin həll edilməsi, elm, təhsil mədəniyyət sahəsindəki boşluqların aradan qaldırılmasına yardım etməklə 24 fəaliyyət istiqamətini əhatə edə bildilər.

2003- ildə "Hüquqi şəxslərin Dövlət Qeydiyyatı Dövlət Reyesteri Haqqında" qanunun qəbul edilməsi isə QHT hərəkatında yeni bir canlanmaya QHT-lərin qeydiyyatının asanlaşdırılmasına səbəb oldu.

AQİL

 





03.04.2014    çap et  çap et