https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Bakıdakı oyunlara azarkeşlər quru yolu ilə də gələ biləcək

Bakıdakı oyunlara azarkeşlər quru yolu ilə də gələ biləcək

Dövlət Sərhəd Xidməti (DSX) 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müvafiq sənədlər və COVID-19-a dair PCR testinin neqativ nəticəsi əsasında quru yolla Gürcüstan, Rusiya və İran üzərindən Azərbaycana buraxılıb-buraxılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2021-ci il tarixli 2576 nömrəli Sərəncamına uyğun olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Sərəncamın tələbləri ilə müəyyən edilmiş qaydada may ayının 1-dən iyul ayının 5-dək dövlət sərhədindən buraxıla bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamına əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə mayın 1-dən iyulun 5-dək aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan etibarən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin həmin sənədlərdən hər hansı biri və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışı mümkün olacaq.

Qeyd edək ki, AVRO-2020-nin Bakıda 4 oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların üçü qrup, biri isə ¼ final mərhələsinin qarşılaşması olacaq.

A qrupunun Bakıda keçiriləcək üç oyununda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) komandaları qarşılaşacaq.

¼ final mərhələsinin oyunu isə iyulun 3-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.