525.Az

NATO Sammiti çərçivəsində Ərdoğan Baydenlə təkbətək görüşəcək


 

NATO Sammiti çərçivəsində Ərdoğan Baydenlə təkbətək görüşəcək<b style="color:red"></b>

"NATO Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə təkbətək görüşəcək".

525.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.


M.Çavuşoğlu bildirib ki, C.Baydenin xüsusilə, 24 apreldə “erməni soyqırımı” ifadəsini işlətməsi ilə bağlı R.T.Ərdoğanla aralarında olan narazılığa baxmayaraq, o cümlədən YPG terrorçularına Amerikanın dəstəyi, S-400, FETÖ, NATO-da müttəfiq olduğu halda, ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi mövzularında iki ölkənin münasibətləri soyuq olsa da bu görüş hər baxımdan müsbət dəyərləndiriliməlidir: “ABŞ Suriya, Liviya mövzularında, Aralıq dənizindən, Qaradənizə, Qafqazlara qədər Türkiyə ilə əməkdaşlıq etmək arzusundadır”.

 





09.06.2021    çap et  çap et