525.Az

Ənənəvi kənd təsərrüfatı yarmarkaları bərpa edilir


 

Ənənəvi kənd təsərrüfatı yarmarkaları bərpa edilir<b style="color:red"></b>

Azərbaycanda ənənəvi kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, əsas məhdudlaşdırıcı amil pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərdir. Məhdudiyyətlər daha az tətbiq edildiyi təqdirdə yarmarkalar təşkil olunacaq.

"Əlbəttə, təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə yarmarkalar, təkcə bal yarmarkası yox, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək", - nazir qeyd edib.

 





10.06.2021    çap et  çap et