525.Az

Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib


 

Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib<b style="color:red"></b>

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Analitik Ekspertiza Mərkəzindən 525.az-a bildirilib ki, Azərbaycanın Küveytdəki səfirliyindən daxil olmuş məlumata əsasən, Küveyt Hökuməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq.

Məlumatda qeyd olunub ki, həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib.

 





10.06.2021    çap et  çap et