https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

DİN AVRO-2020 ilə bağlı məlumat yayıb

DİN AVRO-2020 ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumatda bildirilir ki, paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırırıq ki, Bakıda keçiriləcək AVRO-2020 oyunlarl ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir.

Qeyd olunub ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub. Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək.

Qeyd olunub ki, Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.