525.Az

“Son hədd” adlı etüd Avrasiya Film Festivalında finala çıxan əsərlər sırasındadır


 

“Son hədd” adlı etüd Avrasiya Film Festivalında finala çıxan əsərlər sırasındadır<b style="color:red"></b> Azərbaycanın ixtisaslaşmış ilk onlayn səhiyyə kanalı Medical Media elm və incəsənət tarximizdə ilk dəfə elmi-tibbi məqaləyə rəqs quruluşu verib. 

525.az xəbər verir ki, intellektual məhsulu sənət diliylə təqdim edən layihə koronavirus qurbanlarının xatirəsinə həsr olunub.

 

“COVID-19 pnevmoniyası:  diaqnostikasında və menecmentində radioloqun  rolu” adlı məqalənin müəllifi  Azərbaycan Tibb Universiteti, Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanovadır.

İsfar Sarabaskinin(piano) və Şəhriyar İmanovun(tar) ecazkar ifasında səslənən musiqinin sədaları altında baş verən hadisələr bədii dildə  pandemiyanın həyatımıza gətirdiyi çətinlikləri, insanla virusun amansız mübarizəsini və həkimlərimizin sağlamlıq üçün güzəştsiz ölüm-qalım savaşını ifadə edir.

Rəqs etüdün hazırlanması ideyası oftalmoloq Leyda Kazımovaya məxsusdur. 

 

Etüddə rolları aktrisalar Gülər Nəbiyeva, Aygün Fətullayeva, İnci Həşimova və tibb elmləri doktoru Məlahət Sultanova ifa edib.

Kompozisiyanın quruluşçu rejissoru Sədi Məmmədovdur.

Rəqsi Boris Şukşin adına Teatr İnstitutun məzunu, rejissor Vüsal Mehrəliyev qurub. 

 

Rəqs-etüdün baş prodüseri Medical Media kanalının təsisçisi Azər Xudiyevdir.

 





10.06.2021    çap et  çap et