525.Az

"Səhnədən səngərə": şəhid Hikmət Məmmədov


 

"Səhnədən səngərə": <b style="color:red">şəhid Hikmət Məmmədov</b>

Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin üçüncü buraxılışını təqdim edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin bu buraxılışı Vətən müharibəsi şəhidi Hikmət Məmmədova həsr olunub.

44 günlük Vətən müharibəsinə könüllü yollanan Hikmətin iki nisgili vardı - düşmən işğalı altında qalan torpaqlarımız və bir neçə il əvvəl ağır xəstəlikdən dünyasını dəyişən anası...

Qısa müddətdə çalışdığı kollektivin sevimlisinə çevrilən Hikmət Məmmədovun iş yoldaşları, qəhrəman övladı ilə artıq yuxularında görüşən atası, eləcə də igid qardaşının vəfatından sonra uzun müddət xəstə yatağına düşən Nemət Məmmədov, şəhidimizlə bağlı ən kövrək xatirələrini bölüşüblər.

 





11.06.2021    çap et  çap et