525.Az

Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozub


 

Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozub<b style="color:red"></b>

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 





11.06.2021    çap et  çap et