525.Az

Jurnalistlər binasının komendantı saxlanılıb - Rəsmi


 

Jurnalistlər binasının komendantı saxlanılıb - <b style="color:red">Rəsmi</b>

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

525.az-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

 





11.06.2021    çap et  çap et