525.Az

Pakistanlı müəllim saçlarına görə həbs olunub


 

Pakistanlı müəllim saçlarına görə həbs olunub<b style="color:red"></b>

Pakistanlı müəllim saçlarını uzun saxladığı üçün həbs olunub.

525.az bakupost-a istinadən xəbər verir ki, həm də teatr aktyoru olan 28 yaşlı Abuzər Madhu polislər tərəfindən küçədə gündə üç dəfə yoxlanıldığını, amma buna qədər heç vaxt saxlanılmadığını bildirib. Bir dəfə isə polis onu buraxmayıb. Zabitlər onun görünüşünün peşəsi ilə uyğun gəlmədiyini deyiblər.

“Siz özünüzü güzgüdə görmüsünüz? Uşaqlara bu görünüşdə necə dərs keçmək olar? Siz buna görə cəzalandırılacaqsınız”, - deyə onlar bildiriblər.

Polis məntəqəsində gəncin çantasından ancaq dərs kitabları olsa da Madhu gecəni həbsxanada keçirməli olub. Müəllim bu olanlara etiraz kimi saçlarının uzunluğunu saxlamaq niyyətində olduğunu bildirib.

“Gələcəkdə saçlarımı kəsdirməli olsam, bu ancaq mənim dəyişiklik istədiyim üçün olacaq. Heç bir zaman bunu qorxumdan etməyəcəyəm”, - deyə o bildirib.

 





12.06.2021    çap et  çap et