525.Az

İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq


 

İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq<b style="color:red"></b>

İki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayacaq.

525.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb hər iki şərhçinin - Konstantin Geniç və həmkarı Mixail Mossakovskinin bir neçə il əvvəl Azərbaycanın icazəsi olmadan o vaxt işğal altındakı Qarabağa səfər etməsidir.

K. Geniç özü məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avro-2020 akkreditasiyası rəsmi Bakının təşəbbüsü ilə ləğv edilib. O, akkreditasiyasının ləğv edilməsi ilə bağlı UEFA-dan rəsmi məktub alıb: "UEFA-dan poçtuma qara və ağ rəngdə yazılmış bir məktub gəldi: testi keçmədiniz, Avro-2020 üçün akkreditasiya almağınız tövsiyə olunmadı. Akkreditasiya müraciətiniz rədd edilib. Bu, son qərardır".

Məlum olub ki, Mixail Mossakovskinin də adı o vaxt işğal altındakı ərazilərə qanunsuz səfər edənlər sırasındadır, buna görə o da Azərbaycana buraxılmır. 

Xatırladaq ki, erməni jurnalist Nobel Arustamyan da AÇ-2020-nin oyunları üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. O da oyunlar ərəfəsində Azərbaycan paytaxtına gələ bilməyəcək.

 





12.06.2021    çap et  çap et