525.az xəbər verir ki, məqsəd dünya teatrlarında uğurla sınaqdan keçirilmiş təcrübə ilə körpələr üçün sənət ab-havası yaratmaqdır. Həmçinin körpələrin dünya ilə ilkin tanışlığı mərhələsində onların estetik tərbiyəsinin əsasının qoyulmasında valideynlərə yardımçı olmaq da çağdaş zamanda vacibdir. Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət nəzərdə tutulur.
Teatrın mətbuat xidmətinin məlumatına görə artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra «Bəbə» səhnəsinin ilk tamaşaları körpələrə təqdim ediləcək.