525.Az

“Bəbə səhnəsi” adlı yeni layihə başlayır


 

“Bəbə səhnəsi” adlı yeni layihə başlayır<b style="color:red"></b> Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı «Bəbə səhnəsi» adlı yeni layihəyə başlayır...

525.az xəbər verir ki, məqsəd dünya teatrlarında uğurla sınaqdan keçirilmiş təcrübə ilə  körpələr üçün sənət ab-havası yaratmaqdır. Həmçinin körpələrin dünya ilə ilkin  tanışlığı mərhələsində onların estetik tərbiyəsinin əsasının qoyulmasında valideynlərə yardımçı olmaq da çağdaş zamanda vacibdir.  Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət nəzərdə tutulur.


Teatrın mətbuat xidmətinin məlumatına görə artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra «Bəbə» səhnəsinin ilk tamaşaları körpələrə təqdim ediləcək.
 

 





12.06.2021    çap et  çap et