525.Az

Cəmil Çiçək: “Erməni işğalına ən qısa müddətdə son qoyulmalıdır”


 

Cəmil Çiçək: “Erməni işğalına ən qısa müddətdə son qoyulmalıdır”<b style="color:red"></b> Polşanın paytaxtı Varşavada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Dağlıq Qarabağ münaqişəsindən də danışıb.

Lent.az-ın məlumatına görə, C. Çiçək Polşa Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı Azərbaycan torpaqlarının 20 faizinin 1992-ci ildən Ermənistanın işğalı altında olduğuna diqqət çəkib.
 
Bir milyon soydaşımızın Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla köçürüldüyünü xatırladan TBMM sədri deyib: “Erməni işğalına ən qısa müddətdə son qoyulmalıdır. Azərbaycanlı məcburi köçkünlər ən qısa müddətdə evlərinə dönməli, Dağlıq Qarabağ məsələsi hərtərəfli diqqətdə saxlanılmalıdır. Bu, böyük əhəmiyyət kəsb edir”.
 





04.04.2014    çap et  çap et