Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəstəkar Tofiq Quliyevin heykəlinin harada qoyulacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
525.az-ən xəbərinə görə, Eldar Əzizov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı və tapşırığına əsasən bu istiqamətdə iş gedir.
"Tofiq Quliyevin heykəlinin harada qoyulacağı məsələsinə baxılır. Müxtəlif təkliflər var. Qərar qəbul olunandan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə Eldar Əzizov qeyd edib.