525.Az

"Zəfərin Mübarək, Azərbaycan" adlı sərgi keçirilib - Foto


 

"Zəfərin Mübarək, Azərbaycan" adlı sərgi keçirilib - <b style="color:red"> Foto </b> 11 İyun Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu 15 İyun Qurtuluş Gününə həsr olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Məlik Məmmədxanovun "Zəfərin Mübarək, Azərbaycan" adlı fərdi yaradıcılıq sərgisi keçirilib.

525.az xəbər verir ki, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov diplomatik nümayəndələri qəbul edib. Səmimi söhbət əsasında Qurtuluş Günümüzün memarı ulu öndərimiz Heydər Əliyevin və zəfərimizin banisi Ali Baş Komandan İlham Əliyevin həyat fəaliyyətindən və uğurlu siyasətindən söz açıb və zəfəri özündə əks etdirən  bugünkü sərginin yüksək önəm daşıdığını bildirib. Sərgidə rəssamın zəfərimizə həsr olunmuş iki qardaş ölkənin liderlərinin portretinin təqdimatı ilə yanaşı Azərbaycan motivləri əks olunan 25 əsəri də nümayiş olunub.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında fəxri qonaqlara və media nümayəndələrinə geniş məlumat verib. Daha sonra çıxış edənlərdən Meksika Birləşmiş Ştatlarının  Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, KKTC Bakı təmsilçisi  Növber Ferit Veçhi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Kapitan Tofiq Əzizov, Professor Ənvər Həzərxanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, "Bakı" Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev, Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetinin əməkdaşı Lalə Azəri 15 İyun Qurtuluş Günü və tarixi zəfərimiz münasibəti ilə Azərbaycan xalqını və bu gözəl, əsrarəngiz əsərlərin müəllifini təbrik ediblər.

Sonda çıxış edən rəssam Məlik Məmmədxanov zəfərimizi əsərlərində əks etdirdiyi üçün özünü xöşbəxt hesab etdiyini bildirərək  Türkiyə və Azərbaycan qardaşlığının daimi olmağını arzuladı.  Eyni zamanda gələcək əsərlərini də Qarabağda aparılan bərpa işlərinə həsr edəcəyini bildirib. Layihə rəhbəri Elnurə İsgəndərova,
təşkilatçı Aygün İsgəndərova, rəssam Məlik Məmmədxanov YAP Yasamal rayon təşkilatı adından fəxri fərmanlarla təltif olundular.

 

 

 

 





12.06.2021    çap et  çap et