"Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji tərəfdaşımız ABŞ-ın dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi saxlanılmış 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və onlar Gürcüstan ərazisi ilə ailələrinin yanına qayıdıblar".
525.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Facebook" hesabında etdiyi paylaşımında qeyd edib.
Baş nazir bildirib ki, Gürcüstan tərəfinin aktiv iştirakı ilə Ermənistan tərəfi minalanmış ərazilərlə bağlı vacib materialları Azərbaycana təqdim edib.
İ.Qaribaşvili məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla şəxsən daimi əlaqədə olduğunu vurğulayıb.