525.Az

Nizami Gəncəviyə həsr edilmiş elmi-praktik seminar - Fotolar


 

Nizami Gəncəviyə həsr edilmiş elmi-praktik seminar - <b style="color:red">Fotolar </b>

İyunun 10-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində filologiya üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın “Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin ərəb qaynaqları” adlı onlayn mühazirəsi əsasında Nizami Gəncəviyə həsr edilmiş elmi-praktik seminar təşkil olunub.

525.az xəbər verir ki, Filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, filologiya elmləri doktorları Rəhilə Qeybullayeva, Seyfəddin Rzasoy, Sənan İbrahimov və Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın məruzə ilə bağlı çıxışları dinlənilib.

Bundan başqa, seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında Nizami Gəncəviyə həsr edilmiş kompozisiya nümayiş etdirilib.

 





12.06.2021    çap et  çap et