525.Az

AMEA Mərkəzi Elmi Kitabxanasına yeni nəşrlər daxil olmaqda davam edir


 

AMEA Mərkəzi Elmi Kitabxanasına yeni nəşrlər daxil olmaqda davam edir<b style="color:red"></b>

Ölkənin beynəlxalq arenada artan nüfuzu, dövlətlərarası münasibətlərdə mədəni əlaqələrinin inkişafı kitabxanaların da bu istiqamətdə fəaliyyətinə müsbət zəmin yaradır. Dünya elmini oxuculara çatdırmaq və Azərbaycan elminin innovativ inkişafını ölkə hüdudlarından kənarda təbliğ olunmasına dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlarla əməkdaşlıq edir.

Beynəlxalq mübadilə yolu ilə bu dəfə İtaliyanın Bakıdakı Səfirliyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına nəşrlər təqdim edilib. İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin tarixinə və Bakıdakı İtalyan diplomatiyasının məkanlarına həsr olunan “İtaliyanın Bakıdakı Səfirliyi" (L’Ambasciata d’Italia a Baku) adlı orijinal nəşr, bundan əlavə yer elmlərinin müxtəlif aspektlərinin tədqiqat nəticələrini özündə cəmləşdirən fransız və ingilis dillərində "Geodiversitas", heyvanların bioloji müxtəlifliyinin inventarlaşdırılması, təhlili və şərhinə həsr edilən fransız və ingilis dillərində tədqiqatlar toplusu "Zoosystema",  zoologiya və botanika sahəsində beynəlxalq elmi-tədqiqat məqalələrinin yer aldığı "Senckenberg" jurnalları daxil olan nəşrlər sırasındadır.

Qeyd edək ki, MEK-ə təqdim olunan həmin nəşrlər bu sahənin tədqiqatçıları üçün qiymətli elmi mənbədir.

 





12.06.2021    çap et  çap et