525.Az

AVRO-2020: "Danimarka – Finlandiya matçı bərpa olunub"


 

AVRO-2020: "Danimarka – Finlandiya matçı bərpa olunub"<b style="color:red"></b>

AVRO-2020-nin yarımçıq dayandırılan Danimarka – Finlandiya matçı bərpa olunub.

525.az-ın məlumatına görə, Kristian Eriksenin huşunu itirməsi üzündən təxirə salınan matç 42-ci dəqiqədən davam etdirilir.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma 22:30-da bərpa olunub. Komandalar üç dəqiqə oynadıqdan sonra qısa fasilə ilə ikinci hissəyə çıxıb.

Qeyd edək ki, artıq təhlükəni adlayan Eriksenin durumu qənaətbəxşdir və müayinələrdən keçməlidir.

 





12.06.2021    çap et  çap et