525.Az

Gürcüstan Prezidenti: “Gürcüstan tarixi vasitəçi roluna geri dönüb”


 

Gürcüstan Prezidenti: “Gürcüstan tarixi vasitəçi roluna geri dönüb”<b style="color:red"></b>

“Gürcüstan özünün tarixi vasitəçi roluna geri qayıdıb”.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabındakı paylaşımında bildirib.


Bildirib ki, davamlı sülh üçün tərəflər arasında etimad inşa edilməlidir.

“Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə edilməsi münasibəti ilə Baş nazir İrakli Qaribaşvilini təbrik edirəm. Gürcüstan özünün tarixi vasitəçi roluna geri qayıdıb, ABŞ və Avropa İttifaqı Qafqaza geri qayıdıb, etimad inşası qalıcı sülhün yoludur”, - deyə prezident qeyd edib.

 

 





12.06.2021    çap et  çap et