525.Az

Barak Obama Rusiyaya qarşı sanksiyaları dəstəkləyən fərman imzalayıb


 

Barak Obama Rusiyaya qarşı sanksiyaları dəstəkləyən fərman imzalayıb<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukraynadakı böhrana görə günahkar güman edilən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım göstərilməsi haqqında fərman imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib.
 
Qanun  Ukraynaya 1 mlrd dollar məbləğində kreditin və 150 mln dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. Obama həmçinin Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb.
 
Obama həmçinin Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan qanun imzalayıb.      

 





04.04.2014    çap et  çap et